...

Bu il 4 milyard manata yaxın pensiya və müavinət ödənilib

İqtisadiyyat Materials 10 Sentyabr 2021 12:31 (UTC +04:00)
Bu il 4 milyard manata yaxın pensiya və müavinət ödənilib

Bakı. Samir Əli - Trend:

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edir:

"2021-ci ilin yanvar-avqust aylarında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 4,1% və ya 158 mln. manat çox olmaqla 3 983 mln. manat ödənilib".

Qeyd edilib ki, 2,4 milyon nəfərədək şəxs bu sosial ödənişlərlə əhatə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti