...

Daha 42 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

İqtisadiyyat Materials 13 Sentyabr 2021 15:00 (UTC +04:00)
Daha 42 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb

Bakı. Çingiz Səfərli - Trend:

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il sentyabrın 10-da qida məhsulları sahəsində fəaliyyət göstərən 42 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti