...

Azərbaycan üç filiz yatağının istismarı ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə imzalayıb (FOTO)

İqtisadiyyat Materials 30 Sentyabr 2021 18:56 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın “Qaşqaçay”, “Elbəydaş” və “Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.

Trend xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazir bildirib: "İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti