...

İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)

İqtisadiyyat Materials 29 Noyabr 2021 11:39 (UTC +04:00)
İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR (FOTO)

Bakı. Trend:

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası layihəsi çərçivəsində yaxın iki ay ərzində 4 yeni qurğuda istismara hazırlıq işləri başlayacaq.

SOCAR-dan Trend-ə verilən məlumata görə, yeni məşəl təsərrüfatı, buxar istehsalı və suyun deminerallaşdırılması qurğuları, yeni susoyutma qurğusu və müvafiq infrastrukturların işə salınması yeni əsas emal qurğularının istehsala başlaması üçün tələb olunan yanacaq təminatına imkan verəcək və su/buxar kimi yardımcı xidmətləri təmin edəcəkdir. Məşəl təsərrüfatı fövqəladə hallarda təhlükəsizliyi təmin etmək üçün karbohidrogen maddələrinin sistemdən boşaldılması məqsədi ilə istifadə ediləcək.

2020-2021-ci illərdə tikinti sektorunda mövcud məhdudiyyətlərə və təklif sıxlığına baxmayaraq, görülən tədbir/ər nəticəsində layihənin icrasında əhəmiyyətli irəliləyiş (2021 -ci ilin əvvəlindən 25%, pandemiya dövründə isə təqribən 45%) əldə edilib.

Ümumilikdə, cari ilin oktyabr ayının sonunadək layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85%-dən yüksək olub. Cari ilin sonunadək layihənin hazırkı mərhələsi üzrə yenidənqurma işlərinin 90%-nin tamamlanması gözlənilir. Hazırda NEZ-də istismara hazırlıq və sazlama işlərinə başlanıb, eyni zamanda 2022-ci ildə zavodda aparılacaq əsaslı və dövri təmir işlərinə fəal hazırlıq görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti