...

Azərbaycanda turistlər üçün vaksinasiyaya dair tələb müəyyənləşir

İqtisadiyyat Materials 14 Dekabr 2021 13:18 (UTC +04:00)
Azərbaycanda turistlər üçün vaksinasiyaya dair tələb müəyyənləşir

Bakı. Trend:

Azərbaycanda turistlər üçün vaksinasiyaya dair tələb müəyyənləşir.

Trend-in məlumatuna görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, yoluxucu xəstəlik təhlükəsi olan ölkəyə (yerə) gedən və ya bu cür ölkədən (yerdən) gələn turistlər beynəlxalq tibbi-sanitariya qaydalarında nəzərdə tutulmuş hallarda tibbi müayinə, vaksinasiya və ya digər profilaktik tədbirlərdən keçməli, yaxud da bu barədə müvafiq sənəd təqdim etməlidirlər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti