...

Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar - səfir

İqtisadiyyat Materials 19 Dekabr 2021 08:00 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar - səfir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan və Qırğızıstan 2022-ci ildə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaqlar.

Bunu Trend-ə Qırğızstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanla Qırğızıstan arasında münasibətlər daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir.

"Bundan əlavə, 2022-ci ildən bütün sahələrdə, xüsusən, təhsil və nəqliyyat sektorunda, birgə layihələrin hazırlanması və təsdiqi, investisiya fondunun yaradılması, Qırğızıstanda neft emalı zavodunun tikintisi və s. əməkdaşlığın intensivləşdirilməsi planlaşdırılır" - səfir Osmonaliyev bildirib.

O, həmçinin, qeyd edib, gələn il iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində sənədlərin imzalanması gözlənilir.

"Gələn il Bakı ilə Bişkek arasında qardaşlaşma, eləcə də Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi haqqında sazişin imzalanacağı gözlənilir. Eyni zamanda, siyasi və diplomatik əlaqələrin möhkəmləndirilməsi, iqtisadi, mədəni və humanitar əlaqələri saxlanılması haqqında bəhs etmək olar. Bu mənada, humanitar sahədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur", - deyə Osmonaliyev vurğulayıb.

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti