Bakı. Trend:
Türkiyə 2022-ci ildə xalça ixracını 4 milyard dollara çatdırmağı hədəfləyir.
Trend xəbər verir ki, bunu Türkiyə İxracatçılar Assambleyasının sözçüsü Səlahəddin Kaplan deyib.
Onun sözlərinə görə, Türkiyə bu ilin yanvar ayının 1-dən dekabrın 19-dək 177 ölkəyə 3 050 745 000 dollarlıq xalça ixrac edib və bununlada sektor cari il üçün 3 milyard dollarlıq ixracat hədəflərinə çatdı.
ABŞ türk xalçalarının əsas idxalçısı oldu. Cari ildə ABŞ-a xalça tədarükünün həcmi 1 188 594 000 dollar təşkil edib.
Eyni zamanda, xaricdə ən çox tələbat Türkiyənin maşın istehsalı xalçalarına olub. Belə ki, bu bölmənin payına xalça ixraxının 2 570 335 000 dolları düşüb.