...

Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək

İqtisadiyyat Materials 7 Yanvar 2022 16:32 (UTC +04:00)
Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycanda ağıllı arı yeşikləri istehsal ediləcək.

Bu barədə Trend-ə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

İstehsalı planlaşdırılan “Smart” arı yeşiklərinə temperatur, rütubət, işıq, atmosfer təzyiqini ölçən sensorlar, məhsulun həcmini ölçəcək tərəzi yerləşdiriləcək, yeşiklərin yerləşmə və açılıb-bağlanma ilə bağlı məlumatları fermerə ötürəcək proqram təminatı hazırlanacaq.

"İlkin mərhələdə 20 nəfər heyətlə işə başlanılması planlaşdırılır. İldə 500 min ədəd ağıllı yeşiyin istehsalı planlaşdırılır. Bu isə işğaldan azad edilən bölgələrdə yeni innovativ texnologiyaların tətbiqi ilə arıçılığı intensiv yollarla qısa müddətdə inkişaf etdirməyə imkan yaradacaq", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti