...

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

İqtisadiyyat 19 Yanvar 2022 10:35 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

Bakı. Sədrəddin Ağcayev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 18-də 90,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 89,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 85,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,82 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 88,53 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti