...

“Azəri-Çıraq-Günəşli” yatağının yeni platformasının tikintisi yekunlaşır

İqtisadiyyat Materials 22 Fevral 2022 18:30 (UTC +04:00)
“Azəri-Çıraq-Günəşli” yatağının yeni platformasının tikintisi yekunlaşır

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” yatağının yeni “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının tikintisi sona yaxınlaşır.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, SOCAR-ın AZFEN və “BOS Şelf” şirkətləri nəhəng platformanın üst hissəsini və dayaq blokunu inşa etməkdədir.

Qeyd edib ki, bu platforma ölkəmizin neft hasilatının sabitləşməsinə mühüm töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti