...

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının nəqli davam edir

İqtisadiyyat Materials 28 Fevral 2022 11:44 (UTC +04:00)
Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının nəqli davam edir

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, 2022-ci ilin ilk 2 ayı ərazində “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsi ilə 500 vaqonda 23 378 ton kənd təsərrüfatı məhsullarını, tranzit rejimində İrandan Rusiyaya nəql edib.

MMC-dən Trend-ə verilən məlumata görə, bunlar əsasən meyvə-tərəvəz və süd məhsullarıdır.

2021-ci ildə isə ADY Express ümumilikdə 1468 vaqonda 74 783 ton kənd təsərrüfatı məhsullarını İrandan Rusiyaya nəql edib. Məhsullar İran ərazisində yerləşən “Astara” yük terminalında vaqonlara yüklənərək, daha sonra Azərbaycandan keçərək Rusiyaya çatdırılır. Əksər yüklərin təyinat məntəqəsi Moskva şəhəridir. Bu növ yükdaşımalar üçün vaqon təminatı da “ADY Express” MMC tərəfindən həyata keçirilir.

“Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsi kənd təsərrüfatı məhsullarının nəqli ilə bağlı layihənin əsası 2021-ci ilin sentyabr ayında Moskvada, iki ölkə dəmiryolçuları arasında xüsusi görüşdə qoyulub. “Rusiya Dəmir Yolları” ASC və törəmə onun şirkəti olan “RJD Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və törəmə şirkəti “ADY Express” MMC-nin nümayəndələri arasında aparılan danışıqlar və verilən qərarlar, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının nəqlinin inkişaf etdirilməsi ilə yanaşı, İran-Azərbaycan-Rusiya marşrutu ilə eyni yüklərin daşıma mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir. Danışıqlar nəticəsində, Azərbayacan və Rusiya dəmiryolçuları kənd təsərrüfatı mallarının nəqli ilə bağlı, bir sıra infrastruktur layihələri gerçəkləşdirib, yükdaşımalar texnologiyalarını təkminləşdirib, vaqon təminatını artırıblar.

Azərbaycan-Rusiya 30 illik münasibətlərinin tərkib hissəsi olan 2 ölkənin dəmir yolları strukturlarının əməkdaşlığı və qeyd edilən layihə, Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, ixrac potensiallı yüklərin nəqli mexanizmlərinin optimallaşdırılmasına xidmət edir.

Onu da qeyd edək ki, İran İslam Respublikası ərazisində yerləşən və Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan “Astara” yük terminalında 2022-ci ilin ilk 2 ayı ərazində aşırılan və “ADY Express” MMC tərəfindən daşınan yüklərin ümumi həcmi 1369 vaqonda 58 967 ton təşkil edib.

2021-ci ildə isə “Astara” yük terminalında aşırılan yüklərin ümumi həcmi 350 686 ton və ya 8112 vaqon təşkil edib. Orta hesabla 2021-ci il ərzində Astara terminalında, gündəlik aşırılan yüklərin həcmi 1128 ton və ya 26 vaqon təşkil edib. Aşırılan yüklərin 74% və ya 260 063 tonu tranzit yüklərin payına düşür. Tranzit yüklərin böyük hissəsi Rusiya-İran və İran-Rusiya marşrutları ilə nəql edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti