Bakı. Trend:
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,4 faiz və ya 195 milyon dollar artaraq 53,4 milyard dolları ötüb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Eyni zamanda, Mərkəzi Bankın valyuta ehtiyatları 1,2 faiz artaraq 7,2 milyard dollara yaxın olub.
"Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ümumi daxili məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca fundamental amildir. Son hadisələr qeyri-neft əmtəə və xidmət ixracının artım tempinə, eləcə də ölkəyə daxil olan pul baratlarının həcminə və qeyri-neft sektoruna investisiyaların dinamikasına da təsir edəcək", - məlumatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)