Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 25-də 102,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,57 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,5 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,25 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 97,55 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 7,82 dollar/barel azdır.
(Tərcümə: Orxan Nəbiyev)