...

Belçikanın Azərbaycandakı səfiri KOBİA-da olub

İqtisadiyyat Materials 29 Aprel 2022 15:35 (UTC +04:00)
Belçikanın Azərbaycandakı səfiri KOBİA-da olub

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans ilə görüşüb.

Görüşdə yerli və Belçika şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərə, Belçika və Avropa İttifaqının müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə KOBİA nümayəndələrinin Brüsselə səfərinin həyata keçirilməsi üçün fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti