Bakı. Trend:
2022-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8 faiz artaraq 6 milyard 301,0 milyon manat olub.
Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz artaraq 3 milyard 636,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1 faiz azalaraq 2 milyard 664,4 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 41,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.