...

Türkiyədən Azərbaycana xalça ixracı azalıb

İqtisadiyyat Materials 17 May 2022 17:56 (UTC +04:00)
Türkiyədən Azərbaycana xalça ixracı azalıb

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azaldaraq 2,2 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyədən Azərbaycana xalça ixracatı 2021-ci ilin eyni ayı ilə müqayisədə 13,3 faiz azalaraq 673 min dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz azalaraq 972 milyon dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 262 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 13,9 faiz azdır.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 3 milyard dollar məbləğində xalça ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti