...

Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərə xərclənən vəsait artırılıb

İqtisadiyyat Materials 25 May 2022 12:01
Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərə xərclənən vəsait artırılıb

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat sərf edilib.

Trend-in məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında qeyd edilib.

Hesabatda qeyd edilir ki, aqrar sahədə aparılan islahat tədbirlərinə uyğun olaraq işğaldan azad olunmuş ərazilərdən yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı tələb olunan əlavə xərclər də nəzərə alınmaqla, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 454,8 milyon manat və ya bu məqsəd üçün dövlət büdcəsindən ayrılmış 467,5 milyon manat məbləğində vəsaitin 97,3 faizi sərf edilib ki, bu da 2020-ci illə müqayisədə 52,2 milyon manat və ya 13,0 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti