...

Türkiyə xalça ixracatını azaldıb

İqtisadiyyat Materials 8 İyun 2022 11:00 (UTC +04:00)
Türkiyə xalça ixracatını azaldıb

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz azalaraq 1,1 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 158 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 35,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 3 milyard dollar məbləğində xalça ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti