Bakı. Trend:
2022-ci ilin yanvar-may aylarında Türkiyənin tekstil və tekstil üçün xammadə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz azalaraq 4,4 milyard dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 767 milyon dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 10,6 milyard dollar məbləğində tekstil və tekstil üçün xammadə ixrac edib.