...

KOB sahəsində Pakistanla da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur (FOTO)

İqtisadiyyat Materials 9 İyun 2022 12:20 (UTC +04:00)
KOB sahəsində Pakistanla da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur (FOTO)

Bakı. Trend:

İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir və palatanın üzvləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilmiş görüşdə əməkdaşlığa, bu istiqamətdə hər iki qurumun birgə səylərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, KOB-ların dəstəklənməsi üzrə ən yaxşı təcrübənin öyrənilməsi və müvafiq qurumlarla əməkdaşlıq coğrafiyasının genişləndirilməsi KOBİA-nın başlıca fəaliyyət istiqamətlərindəndir. KOB sahəsində Pakistanla da əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Həmçinin görüşdə bizneslər arasında əməkdaşlıq və birgə layihələrin icrası müzakirə edilib. Qarşılıqlı işgüzar missiyaların həyata keçirilməsinin biznes qurumları arasında əməkdaşlıq üçün faydalı ola biləyi diqqətə çatdırılıb.

Görüşdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye və Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti