...

Azərbaycan və Türkiyədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur

İqtisadiyyat Materials 6 İyul 2022 17:21 (UTC +04:00)
Azərbaycan və Türkiyədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş Caspian Energy Forumun xüsusi sessiyasında Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, iki ölkə başçılarının tapşırıqları var ki, 2023-ci ildə biz ticarət əlaqələrimizi daha da yüksək məqam olaraq səviyyəyə çatdıraq.

"Ölkələr arasında artıq fəaliyyətə olan preferensial ticarət sazişi bu anlamda çox önəmli mexanizmdir. Bu saziş çərçivəsində hər iki ölkədən 15 məhsulun heç bir rüsum olmadan ixracı nəzərdə tutulur", - deyə o bildirib.

AZPROMO rəhbəri siyahının artmasının tərəfarı olduğunu deyib.

"Biz istərdik ki, bu siyahı artsın, məhsulların çeşidi daha da genişləndirilsin",- deyə Yusif Abdullayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti