...

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat Materials 9 İyul 2022 11:23 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 8-də 121,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 119,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,52 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 115,62 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti