...

İyun ayında Türkiyə limanları 30 milyondan çox yük qəbul edib

İqtisadiyyat Materials 13 İyul 2022 11:16 (UTC +04:00)
İyun ayında Türkiyə limanları 30 milyondan çox yük qəbul edib

Bakı. Trend:

2022-ci ilin iyun ayında Türkiyə limanları 32 milyon 855 min 544 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 331 min 858 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 523 min 6865 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2022-ci ilin iyun ayında Türkiyə limanlarından 6 milyon 317 min 831 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanları 197 milyon 219 min 172 ton yük qəbul edib.

“2022-ci ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 13 milyon 766 min 377 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 183 milyon 452 min 795 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 41 milyon 599 min 585 ton transit yük daşınıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyə limanları 386 milyon 396 min 718 min ton yük qəbul edib.

Göstərilən dövrdə Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 999 min 196 min ton təşkil edib.

2021-ci ildə digər ölkələrin bayraqları altında üzən gəmilərlə Türkiyə limanlarına yük daşıma 356 milyon 397 min 522 min ton təşkil edib.

Bundan əlavə, ötən il Türkiyə limanları 78 milyon 8 min 944 ton tranzit yük daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti