...

Azərbaycan iqtisadiyyatının inkişafi - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

İqtisadiyyat Materials 21 İyul 2022 18:58 (UTC +04:00)

Bakı. Trend:

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlılıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub...

Trend-in məlumatına görə Tofiq Abbasovun təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Dünya iqtisadiyyatinda kataklizmlər və Azərbaycan iqtisadiyyatinin inkişafi" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Emin Qəribli – iqtisadçi, Orxan Bağırov - CQT-nin baş elmi işçisi, Seymur Əliyev - STM-in departament rəhbəri və Nəsib Məhəməliyev- Milli Məclisin deputatı mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti