Bakı. Trend:
Sahibkarlığın İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yeni proqramlar reallaşdıracaq, yeni alətlər və məhsullar tətbiq edəcək.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin efirində deyib.
"Hazırda Azərbaycanda sahibkarlığa dəstək üzrə bir sıra proqramlar yekunlaşır. Qadın sahibkarlığın inkişafına, işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların kiçik biznes açmasına yönəlmiş hədəf proqramlar icra olunur", - deyə nazir bildirib.