Bakı. Trend:
ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2,25-2,5%-ə çatdırıb.
Bu barədə Trend FES-in açıqlamasına istinadən xəbər verir.
"Komitə uzunmüddətli perspektivdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, o, federal fondlar üzrə uçot dərəcəsinin hədəf diapazonu 2,25-2,5%-ə yüksəltmək qərarına gəldi və hədəf diapozonunun daha da artırılmasının məqsədəuyğun olacağını gözləyir", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, uçot dərəcəsinin artımının lehinə komitənin bütün üzvləri səs verib. Amerika tənzimləyicisinin növbəti iclası 21 sentyabr 2022-ci ildə keçiriləcək.