...

“OAZİS” əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

İqtisadiyyat Materials 5 Avqust 2022 10:50 (UTC +04:00)
“OAZİS” əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində müraciətlərin araşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətin araşdırılması zamanı fiziki şəxs Həsənova Zülfiyyə Nadir qızına məxsus “OAZİS” əmtəə nişanından fiziki şəxs Kərimov Əlizadə Əlvan oğlunun Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev, ev 24 ünvanında yerləşən restoranda qanunsuz istifadə etməsi ilə haqsız rəqabətə yol verilməsi əlamətləri müəyyən olunub. Bununla əlaqədar fiziki şəxs Ə.Kərimov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidməti tərəfindən işə baxılmanın nəticəsi olaraq fiziki şəxs Ə.Kərimova “OAZİS” əmtəə nişanından qanunsuz istifadəyə yol verilməməsinə dair göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti