...

Mərkəzi Bankda daha bir struktur dəyişikliyi edilib

İqtisadiyyat Materials 8 Avqust 2022 15:48 (UTC +04:00)
Mərkəzi Bankda daha bir struktur dəyişikliyi edilib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında (AMB) daha bir struktur dəyişikliyi edilib.

Trend-in quruma istinadən məlumatına görə, AMB-nin kapital bazarına nəzarət departamentinin adı dəyişdirilərək kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti adlandırılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Mərkəzi Bankının inzibati departamentinin adı dəyişdirilərək inzibati-satınalma departamentinə çevrilib, Fərhad Vəliyev isə departamentin rəhbəri təyin edilib.

Bundan əlavə, AMB Sığorta Nəzarəti Departamentinin də adı dəyişdirilərək Sığorta Siyasəti və Nəzarət Departamenti adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti