...

Azərbaycanda quru meyvələrin istehsalı ilə bağlı 4 milyon manatlıq müqavilə imzalanıb

İqtisadiyyat Materials 10 Avqust 2022 14:10 (UTC +04:00)
Azərbaycanda quru meyvələrin istehsalı ilə bağlı 4 milyon manatlıq müqavilə imzalanıb

Bakı. Trend:

Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma" MMC arasında 4 milyon manatlıq müqavilə imzalanıb.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Qeyri-neft sektorunun inkişafına xidmət edən daha bir uğurlu layihə! Azərbaycan İnvestisiya Şirkəti ilə “Balxurma" MMC arasında quru meyvələrin istehsalı zavoduna 4 mln. manat investisiya qoyulması barədə müqavilə imzalanıb", - nazir qeyd edib.

M.Cabbarov vurğulayıb ki, investisiya nəticəsində zavodun illik istehsal gücünün 200 tondan 600 tona yüksəlməsi və 100-dək yeni iş yerinin açılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti