...

Elektron siqaretlər üçün aksiz dərəcəsi müəyyənləşib

İqtisadiyyat Materials 28 Sentyabr 2022 10:18 (UTC +04:00)
Elektron siqaretlər üçün aksiz dərəcəsi müəyyənləşib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üçün aksiz dərəcəsi müəyyənləşib.

Trend-in xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Bu məhsulların 1000 ədədi üçün 14 manat aksiz dərəcəsi müəyyənləşib. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti