Bakı. Trend:
Daha bir Vətən Müharibəsi iştirakçısı Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) işlə təmin olunub.
Agentlikdən Trend-ə verilən məlumata görə, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş Nəriman Zamanov KOBİA-nın Tovuz şəhəri üzrə KOB Dostu vəzifəsinə təyin edilib. O “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Qeyd edək ki, bundan əvvəl də bir neçə Vətən Müharibəsi iştirakçısı KOBİA-da işlə təmin edilib.