...

Azərbaycanda radiotezliklərdən icazəsiz istifadənin azaldılması üzrə işlər başlayıb (FOTO)

İqtisadiyyat Materials 7 Oktyabr 2022 15:09 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Təmiz radioefir” konsepsiyası irəli sürülüb.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov radiotezliklərin istifadəsi məsələləri ilə bağlı iclas zamanı deyib.

Onun sözlərinə görə, konsepsiyada radiotezlik idarəçiliyində avtomatlaşdırmanın tətbiqi ilə tezliklərdən icazəsiz istifadənin minimallaşdırılması, tezliklərdən istifadədə əlçatanlığın və efir təhlükəsizliyinin təmin edilməsi və proseslərin sadələşdirilməsi nəzərdə tutulur.

"Konsepsiyanın reallaşdırılması üçün artıq real işlərə başlanılıb. Belə ki, “Radioelektron vasitələrin qeydiyyatı və radiotezliklərin ayrılması prosedurunun sadələşdirilməsi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində radioelektron vasitələrinə (REV) müvafiq icazələrin verilməsi və onların qeydiyyatı prosesinin “Vahid pəncərə” prinsipi əsasında göstərilməsi nəzərdə tutulur. İlin sonunadək xidmətin istifadəyə verilməsi planlaşdırılır", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, Radiotezliklər üzrə Dövlət Komissiyasının 4 illik fasilədən sonra 2022-ci ildən yeni tərkibdə və formatda fəaliyyətə başlaması ilə tezlik ayrılmasında xüsusi canlanma yaranıb. Sahəni tənzimləyən ciddi normativ tənzimləyici sənədlər qəbul edilib və Dövlət Komissiyasının fəaliyyət göstərmədiyi dövr də daxil olmaqla, 400-dək müraciətə baxılaraq qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti