...

Sahibkarlara verilən güzəştli kreditin həcmi açıqlanıb

İqtisadiyyat Materials 10 Oktyabr 2022 14:07 (UTC +04:00)
Sahibkarlara verilən güzəştli kreditin həcmi açıqlanıb

Bakı. Trend:

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin əvvəlindən 1.963 sahibkara 90,2 mln. manat, o cümlədən 1.953 kiçik və orta həcmli layihəyə 62,8 mln. manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazirin sözlərinə görə, bu kreditlər hesabına 2.100-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

"Güzəştli kreditlərin 68,8%-i aqrar sektorun, 31,2%-i sənaye məhsullarının istehsalı və emalı və s. sahələrə yönəldilib. Bu kreditlərin 83,3%-i regionların, 16,7%-i isə Bakı qəsəbələrinin payına düşür", - M.Cabbarov yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti