...

Taxıl idxalından asılılığın azaldılması üçün proqram hazırlanacaq

İqtisadiyyat Materials 3 Noyabr 2022 14:14 (UTC +04:00)
Taxıl idxalından asılılığın azaldılması üçün proqram hazırlanacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Taxıl idxalından asılılığın azaldılması üçün müvafiq proqram hazırlanacaq. Bu istiqamətdə müvafiq addımların atılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir qeyd edib ki, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitdə 20,5% artım var. “Aqrar sahədə subsidiyaların nə qədər düzgün verilməsinə baxmaq lazımdır. Dövlət büdcəsində subsidiyaların ayrılması nəzərdə tutulub. Bu sahəyə dəstək verilməsi hökumət tərəfindən vacib sayılır”, - deyə S.Şərifov əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti