...

Azad edilmiş Azərbaycan torpaqlarında “yaşıl” texnologiyalardan istifadə etmək üçün böyük potensial var - Nazir müavini

İqtisadiyyat Materials 7 Dekabr 2022 12:33 (UTC +04:00)
Azad edilmiş Azərbaycan torpaqlarında “yaşıl” texnologiyalardan istifadə etmək üçün böyük potensial var - Nazir müavini

Bakı. Trend:

İşğaldan azad edilmiş Azərbaycan torpaqları “yaşıl” enerjidən, “yaşıl” kənd təsərrüfatından, “yaşıl” texnologiyalardan istifadə etmək üçün böyük potensiala malikdir.

Trend -in məlumatına görə, bunu çərşənbə günü "Azərbaycan: yaşıl inkişaf yolunda" adlı hesabatın təqdimatı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

“Bu ərazilərin bərpasında müasir yanaşmalardan istifadə onları yaşıllıq zonasına çevirəcək", - deyə o bildirib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının “yaşıl” texnologiyalara əsaslanan inkişafına qoyulan investisiyalar ildən-ilə artır.

"Yaşıl iqtisadiyyata keçiddə biz resurslara qənaət, xammalın təkrar istifadəsi və sənayedə ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi kimi məsələlərdə daha məsuliyyətlə hərəkət etməliyik", - deyə nazir müavini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti