...

Parlament “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsini təsdiqlədi

İqtisadiyyat Materials 9 Dekabr 2022 12:33 (UTC +04:00)
Parlament “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsini təsdiqlədi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 12-ci və 13-cü bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsində bir çox yeniliklər öz əksini tapıb.

Layihəyə əsasən, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, laihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradacaq və idarə edəcək. Layihəyə əsasən, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir. Həmçinin layihəyə əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsinə "İnvestisiya fəaliyyəti haqqında" qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil ediləcək. Həmçinin layihədə qeyd edilir ki, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq sonuncu oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti