...

İlboyu Tekirdağ limanı 19 milyon tondan çox yük qəbul edib

İqtisadiyyat Materials 23 Dekabr 2022 10:14 (UTC +04:00)
İlboyu Tekirdağ limanı 19 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Tekirdağ limanı 19 milyon 390 min 897 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 610 min 711 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 18 milyon 780 min 186 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Tekirdağ limanından 15 milyon 225 min 114 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti