...

Azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallardan gömrük rüsumu tutulmayacaq

İqtisadiyyat Materials 23 Dekabr 2022 12:34 (UTC +04:00)
Azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallardan gömrük rüsumu tutulmayacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur. Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.

Qanuna dəyişiklik səsverməyə qoyularaq 3-cü oxunuşda təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti