...

Türkiyədə Qazaxıstan kapitallı şirkətlərin sayı artmaqda davam edir

İqtisadiyyat Materials 27 Dekabr 2022 13:46 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 123 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 69 şirkət çoxdur.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki , hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının artmasına baxmayaraq onların ümumi kapıtalı azalıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 38,5 milyon türk lirəsi olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 132,97 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2022-ci ilin yanvar-noyabr aylarında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (86) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Almaniya şirkətlərinin ümumi kapitalı 32,2 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki , 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyədə Qazaxıstan kapitalı ilə 58 topdan və pərakəndə ticarət, 7 inşaat şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti