...

Bir sıra əsas ərzaq mallarının ölkədən aparılması qaydalarına dəyişiklik edilib

İqtisadiyyat Materials 29 Dekabr 2022 12:10 (UTC +04:00)
Bir sıra əsas ərzaq mallarının ölkədən aparılması qaydalarına dəyişiklik edilib

Bakı. Trend:

“Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərarda dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qərar bir sıra ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasına dair tənzimlənmənin əhatə dairəsinin optimallaşdırılması və qüvvədə olma müddətinin uzadılması məqsədilə hazırlanmışdır.

Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti