...

2022-ci ildə Türkiyənin xalça ixracı artıb

İqtisadiyyat Materials 6 Yanvar 2023 19:10 (UTC +04:00)
2022-ci ildə Türkiyənin xalça ixracı artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 2,8 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 260,9 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 7,8 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 2,8 milyard dollar məbləğində xalça ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti