...

Keçən il Türkiyə Azərbaycana polad ixracını artırıb

İqtisadiyyat Materials 9 Yanvar 2023 11:24 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artıraraq 134,6 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Dekabr ayında Türkiyə Azərbaycana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 16,5 faiz artıraraq 13,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azalaraq 21,1 milyard dollara bərabər olub.

Keçən ilin dekabr ayında Türkiyə 1,3 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 40,8 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 21,1 milyard dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti