...

Azərbaycanda kənd təsərrüfatı üçün yararsız torpaqların keyfiyyəti yaxşılaşdırılır- İnam Kərimov

İqtisadiyyat Materials 13 Fevral 2023 15:02 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı üçün yararsız torpaqların keyfiyyəti yaxşılaşdırılır- İnam Kərimov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı üçün yararsız torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün innovasiya və texnologiyalar tətbiq olunacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

Onun sözlərinə görə, son beş il ərzində kənd təsərrüfatı məhsullarının istehsalı, ixracı və daxili istehlakı cüzi artıb.

"Azərbaycanda kənd təsərrüfatının inkişafı 2026-cı ilədək strategiyaya əsasən prioritet istiqamət təşkil edir. Kənd təsərrüfatı üçün yararsız torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün innovasiya və texnologiyalar tətbiq ediləcək və biz bununla müsbət nəticələrin əldə olunacağından əminik. İsrail son 15 il ərzində kənd təsərrüfatı istehsalını 17 dəfə artırıb və biz İsrail tərəfi ilə əlaqələrin inkişafında maraqlıyıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti