...

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı investisiya qoyuluşlarının artırılması müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 24 Fevral 2023 11:56 (UTC +04:00)
Azərbaycanla Özbəkistan arasında qarşılıqlı investisiya qoyuluşlarının artırılması müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları müzakirə edilib.

Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

"Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyası tərəfindən ölkələrimizin iqtisadi əməkdaşlığının gücləndirilməsi üçün həyata keçirilən işləri və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanlarını nəzərdən keçirdik", - M.Cabbarov yazıb.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti