...

İstixanaya bir milyon manat güzəştli kredit ayrılıb

İqtisadiyyat Materials 10 Mart 2023 12:03 (UTC +04:00)
İstixanaya bir milyon manat güzəştli kredit ayrılıb

Bakı. Trend:

Sabirabadda müasir istixana təsərrüfatının yaradılması üçün Greener MMC-yə 1 mln. manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün Greener MMC-yə 1 mln. manat güzəştli kredit verilib", - M.Cabbarov yazıb.

Qeyd edək ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən kiçik və orta sahibkarlıq layihəsi ücün 104,2 milyon manat güzəştli kredit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti