...

ABŞ Azərbaycanda yaşıl enerji sahəsinə investisiyaların cəlbinə şərait yaradacaq - Ticarət nazirinin köməkçisi

İqtisadiyyat Materials 3 Aprel 2023 11:46 (UTC +04:00)
ABŞ Azərbaycanda yaşıl enerji sahəsinə investisiyaların cəlbinə şərait yaradacaq - Ticarət nazirinin köməkçisi
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Azərbaycanda yaşıl enerji sahəsinə investisiyaların cəlbinə şərait yaradacaq.

Trend xəbər verir ki, bu barədə ABŞ ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi və ölkənin Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman aprelin 3-də Bakıda keçirilən Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunda deyib.

O, ABŞ şirkətlərinin Azərbaycanda yaşıl enerji layihələrində iştirakla bağlı marağını qeyd edib.

Azərbaycanın yerləşdiyi regionun vacibliyini vurğulayan Venkataraman ölkənin dekarbonizasiyası üzrə səylərə dəstəyini ifadə edib. O həmçinin ABŞ-nin bu məsələdə tərəfdaş ölkələrə, o cümlədən Azərbaycana yardım göstərməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Bakı forumu ABŞ şirkətlərinə Azərbaycanın yaşıl enerji sahəsində malik olduğu potensialla tanış olmaq imkanı təklif edir.

A.Venkataraman son olaraq ABŞ-Azərbaycan əməkdaşlığının nou-hau biliklərinin tətbiqinə və iş yerlərinin açılmasına şərait yaradacağını deyib.

Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilir.

Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.

Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti