Bakı. Trend:
Sahibkarlığın İnkişafı Fondu tərəfindən Fədək-Azərbaycan MMC-yə Hacıqabul rayonunda dəvəçiliyin inkişafı layihəsi üçün 500 min manat güzəştli kredit verilib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.
Qeyd edək ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən kiçik və orta sahibkarlıq layihəsi ücün 104,2 milyon manat güzəştli kredit ayrılıb.
Sahibkarlara verilən güzəştli kreditlərin 70 faizə yaxını regionların payına düşüb.