...

Tikinti sahəsində maliyyə axınlarının məbləği artıb

İqtisadiyyat Materials 8 Aprel 2023 02:56 (UTC +04:00)
Tikinti sahəsində maliyyə axınlarının məbləği artıb

Bakı. Trend:

Bu ilin birinci rübündə tikinti sahəsində maliyyə axınlarının məbləği ötən ilin müvafiq dövrünə nəzərən 89 faiz və ya 1.4 milyard manat artaraq, 2.9 milyard manat təşkil edib.

Trend Mərkəzi Banka istinadla xəbər verir ki, bu iqtisadi fəaliyyət sahəsində artıma töhfə verən əsas qruplar yollar və küçələrin salınması, dəmir yollarının tikintisi (856.6 milyon manat artım), yaşayış və qeyri-yaşayış binalarının tikintisi (388 milyon manat artım) və mülki təyinatlı digər obyektlərin tikintisi (86.8 milyon manat artım) olub. Bu sahə üzrə azalma isə əsasən ixtisaslaşdırılmış tikinti işləri (-6.4 faiz və ya 20.2 milyon manat azalma) qrupunda qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti