...

Azərbaycanda “İkarus” avtobusları istehsal oluna bilər

İqtisadiyyat Materials 26 Aprel 2023 15:50 (UTC +04:00)
Azərbaycanda “İkarus” avtobusları istehsal oluna bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt Kimya Sənaye Parkının rezidenti ilə “Ikarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Trend-ə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti STP Şirkətlər Qrupu ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunu STP-nin Baş direktoru Ruslan Ağabəyli və “İkarus” şirkətinin Baş direktoru Zoltan Tanko tərəfindən imzalanıb.

Sənədə əsasən, şirkətlər bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bu istiqamətlər arasında “İkarus” avtobuslarının Azərbaycanda istehsalı, illik 100 ədəd avtobusdan 500 ədəd avtobusa istehsal gücünün artırılması, yaxın gələcəkdə Qarabağ regionunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələlər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti