...

Türkiyənin enerji sahəsində müstəqil olması üçün Sakarya qazı önəmlidir - Süleyman Soylu

İqtisadiyyat Materials 28 Aprel 2023 15:37 (UTC +04:00)
Türkiyənin enerji sahəsində müstəqil olması üçün Sakarya qazı önəmlidir - Süleyman Soylu

Bakı. Trend:

Türkiyənin enerji sahəsində müstəqil olması üçün Sakarya qazı önəmlidir,

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Əvvəl Türkiyədə Batman neft şəhəri idi, indi isə Şırnak neft mərkəzinə çevrilib. Artıq gündə 8 min 900 barel neft hasil edilir", - deyə nazir əlavə edib.

Qeyd edək ki, Süleyman Soylu aprelin 27-də Türkiyənin Qabar dağında neft quyusunun qazıldığını bildirib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Aprelin 19-da Türkiyənin Qaradəniz təbbi qazı Filyos Təbii Qaz Emalı Müəssisəsində uğurla sınaqdan keçirilib.

Aprelin 20- də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə yerli vaxtla saat 21:23-də Qara dəniz qazının istismara verilməsi mərasimi keçirilib.

Bundan əlavə, Qara dəniz qazı əhaliyə verildikdən sonra 25 kubmetrinin ödənişi dövlət tərəfindən qarşılanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti